EN

Premyer Liqa klubundan yeni baş məşqçi ilə əlaqəli AÇIQLAMA

"Kəpəz"in yeni baş məşqçisinin adına bugünlərdə aydınlıq gələcək.
Bu barədə Sportinfo.az-a Gəncə klubunun Media və Marketinq departamentinin direktoru Gəray Qiyasov məlumat verib. O bildirib ki, həmin mütəxəssisin yerli və ya əcnəbi olacağı hələ təsdiqlənməyib. Funksioner məsələnin yaxın 2-3 gün ərzində aydınlıq gələcəyini söyləyib
"Hələ ki, danışıqlar yekunlaşmayıb. Klubumuz bu məsuliyyətli işdə yanılmaq istəmir. Həftə ərzində yeni baş məşqçinin adı açıqlanacaq. Hazırda həm azərbaycanlı, həm də xarici mütəxəssislərlə görüşmələr davam edir. Klubumuz üçün bir nömrəli məsələ indi budur. Komadanı düşdüyü vəziyyətdən çıxaracaq birini tapmaq istəyirik".
"Kəpəz" ötən həftə baş məşqçisi Adil Şükürovla yollarını ayırıb. Komanda Premyer Liqasında 6 turdan sonra xalsızdır.

Chosen
4
1
sportinfo.az

2Sources