EN

Türkiyədə Azərbaycana qarşı saxta xəbər yayan saxlanılıb

Türkiyədə hava limanında Azərbaycana qarşı saxta xəbər yayan şəxs saxlanılıb. Onun İspaniyada yaşadığı bildirilir.

Sentyabrın 28-də “Tuğberk” adlı sosial şəbəkə istifadəçisi BMT Baş Assambleyasında Prezident İlham Əliyevin çıxışını dinləyən Azərbaycan nümayəndə heyətinin fotosunu İsrailin baş naziri Benyamin Netanyahunun çıxışı zamanı çəkilmiş kimi təqdim edib. Paylaşımda Azərbaycanın guya İsrail uğrunda Türkiyəni “satdığı” və nümayəndə heyətinin zalı tərk etmədiyi yazılıb.

Sosial şəbəkə istifadəçiləri həmin paylaşımı şikayət edərək feyk kimi qeyd ediblər.

Kişi sentyabrın 29-da axşam saatlarında hava limanında saxlanılıb. Daha sonra profilində yazıb ki, ifadə verdikdən sonra İspaniyaya qayıdıb.

O, həmçinin X sosial şəbəkəsində bildirib ki, ekran görüntülərini saxlayıb və bu paylaşımla bağlı onu təhqir edənlərə qarşı məhkəməyə müraciət edəcək.

N.Təbrizli

Chosen
9
1
anews.az

2Sources