Tələbələrin olduğu avtobus TIR-la TOQQUŞUB
Ajans.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb. Bildirilib ki, yol-nəqliyyat hadisəsi Simnan əyalətindəki Simnan-Sorxe avtomagistral yolda olub. Qəza nəticəsində 2 nəfər ölüb, sürücü də daxil olmaqla başqa sərnişinlər də yaralanıb. Ölənlərin 20 və 25 yaşlarında qadınlar olduğu vurğulanıb. Qeyd olunub ki, avtobusda ümumilikdə 11 qadın olub. 