EN

İsrail ordusu Qəzzanın böyük hissəsində qalacaq -Netanyahu

İsrail Müdafiə Qüvvələri (IDF) ABŞ Prezidenti Donald Trampın sülh planı çərçivəsində Qəzzanın böyük hissəsində qalmağa davam edəcək.

Redaktor.az "The Guardian"a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə səfərinin yekunlarına dair videomüraciətində bildirib.

"Bu, tarixi səfər oldu. Biz rollarımızı dəyişdik və HƏMAS-ı təcrid etdik. İndi bütün dünya, o cümlədən ərəb və müsəlman dünyası HƏMAS-a təzyiq göstərərək Prezident Trampla birlikdə irəli sürdüyümüz şərtləri (bütün girovların azad edilməsi və həlak olanların meyitlərinin qaytarılması) qəbul etməsini tələb edir. Eyni zamanda, IDF ərazinin böyük hissəsində qalır", - B.Netanyahu bildirib.

İsrailin Fələstin dövlətinin yaradılmasına razılıq verməsi ehtimalı ilə bağlı suala baş nazir belə cavab verib: "Qətiyyən yox, bu, razılaşmada qeyd olunmayıb. Biz Fələstin dövlətinin yaradılmasına qəti şəkildə qarşıyıq. Prezident Tramp bizim mövqeyimizi başa düşdüyünü deyib. Belə bir addım terrora böyük mükafat və İsrail üçün təhdid olardı".

Chosen
21
5
redaktor.az

6Sources