EN

III MDB Oyunları: Azərbaycanın güləş millilərinin heyəti açıqlanıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanda təşkil olunan III MDB Oyunlarında iştirak edəcək sərbəst, yunan-Roma və qadın güləşçilərimizin heyəti açıqlanıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, sərbəst güləşdə böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Hüseyn Rzazadə (45 kq), Rəvan Həsənzadə (48 kq), Hacıhüseyn Əhmədzadə (51 kq), İbrahim Süleymanov (55 kq), Rəşid Nazarov (60 kq), Hüseyn İsmayılov (65 kq), Nihad Abasov (71 kq), Əli Hacıyev (80 kq), Amin Nəsibov (92 kq) və Hakim Tağıyev (110 kq) mübarizə aparacaqlar.
Qadın güləşində baş məşqçi əvəzi Toğrul Əsgərov, məşqçilər Həsrət Məmmədyarov və Solmaz Adilovanın rəhbərliyi altında Günel Quliyeva (43 kq), Nəzrin Əhmədli (46 kq), Xədicə Qurbanzadə (49 kq), Xədicəxanım Talıbova (53 kq), Esra Məmmədli (57 kq), Fidan Babayeva (61 kq) və Simurə Abdullayeva (65 kq) uğur qazanmağa çalışacaq.
Yunan-Roma güləşində isə böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında Ömər Salmanov (45 kq), Yusif Mirzəyev (48 kq), Elşad Abbasov (51 kq), Hikmət Haqverdiyev (55 kq), Əli Nəzərov (60 kq), Nihat Tağıyev (65 kq), İslam Sultanov (71 kq), Nicat Yeylaqaliyev (80 kq), Emil Abasov (92 kq) və Rauf Mütəllimov (110 kq) ölkəmizi təmsil edəcək.
Qeyd edək ki, Gəncə Olimpiya İdman Kompleksində oktyabrın 3-dən 4-dək sərbəst və qadın güləşi üzrə, 7-də isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistandan ümumilikdə 150 güləşçi mübarizə aparacaq. Ölkəmiz 27 güləşçi ilə təmsil olunacaq.
Chosen
27
21
oxu.az

10Sources