EN

Novella Cəfəroğlu: “Görüntüləri indi ortalığa çıxaranlar Cabir İmanov sağ olarkən niyə bunu demirdilər?”

“Cabir İmanovun ailəsini çox yaxşı tanıyıram. Bilirəm ki, ziyalı ailəsidir. Cabir İmanov polis fəaliyyəti dövründə hər hansı zorakılıq əməllərinə yol veribsə, həmin görüntüləri indi ortalığa çıxaran insanlar o, sağ olarkən niyə bunu demirdilər? Onun bütün bu əməllərini bilirdinizsə, niyə vaxtında ortalığa çıxarmırdınız? Öləndən sonra görüntüləri ictimailəşdirmək düzgün deyil. Mənə çox pis təsir etdi. Bizdə nə diriyə, nə də ölüyə hörmət qalmayıb. Hər şeydən əlimizi çəkmişik...”

Bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

“Bilirsiniz, indi Cabir İmanovun ana-atası, bacı-qardaşı, dörd övladı, qohumları nə vəziyyətdə onun ölümünü qəbul edirlər? Gənc insan idi, 49 yaşında bu adam vəfat edib. Belə faktlar var idisə, əvvəldən üzünə deyərdiniz, onun da sizə cavab verməyə imkanı olardı. Öləndən sonra bu məsələni qaldırıb niyə arxasında qalanları özünüzə düşmən edirsiniz? Axı Cabir İmanov onların əzizidir. Niyə qalmaqal salırsınız? Razıyam, əgər doğrudan da, Cabir İmanov həmin əməlləri törətmişdisə, əvvəldən deyərdiniz, biz də məsələyə qarışardıq, tənqid edərdik, onu debata çağırardıq. Cəmiyyəti bu cür düşməçiliyə, bu yollara təşviq etmək olmaz”, - Novella Cəfəroğlu bildirib.

Poliqon.info

Chosen
6
4
poliqon.info

5Sources