EN

“Paşinyan qalib gəlməsə öz mövqelərini qoruyub saxlaya bilməyəcək” DEPUTAT

ain.az, Gununsesi saytına istinadən bildirir.

Ermənistanın baş naziri Nikol Paşinyanın BMT-dəki çıxışı İrəvanın siyasi cameəsində ciddi müzakirələrə səbəb olub.

Paşinyan bildirib ki, 2026-cı ildə ölkədə növbədənkənar seçki keçiriləcək.

Onun sözlərinə görə, əgər xalqın mandatını qazanarsa, müəyyən dəyişikliklərə gedəcək. Hərçənd Paşinyanın ciddi rəqibi olmasa da, onun reytinqi də tam qənaətbəxş hesab edilmir.

Görəsən, bütün bunlara rəğmən Paşinyan öz istəklərini daha tez həyata keçirə biləcəkmi?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Paşinyanın 2026-cı ildə referendum keçirməsi ilə bağlı verdiyi anons birbaşa seçkilərlə əlaqəlidir:

“Hazırda onun reytinqi təxminən 50 faizdir, lakin müharibədən sonra məğlub dövlətin rəhbəri kimi yenidən seçilməsi asan olmayacaq. Ermənistan cəmiyyətində və ümumiyyətlə regionda əsas gözlənti müharibənin dayandırılmasıdır. Çünki ölkə iqtisadi baxımdan tənəzzülə uğrayıb, hərbi potensialı isə xeyli zəifləyib. Xarici dövlətlərin dəstəyinə güvənməklə iqtisadiyyatı, ordunu və digər sahələri inkişaf etdirmək mümkün deyil. Buna görə də Paşinyanın belə bəyanat verməsi əvvəlcədən proqnozlaşdırılırdı”.

Arzu Nağıyev bildirib ki, Paşinyan seçkilərdə qalib gəlməsə, iqtidar partiyası kimi mövqelərini də qoruyub saxlaya bilməyəcək.

“Hətta parlamentdə onun impiçment məsələsinin gündəmə gətirilməsi də təsadüfi deyil. Paralel olaraq, Qarabağ klanı da mövqeyini gücləndirməyə çalışır.

Tarixi proseslər də göstərir ki, Paşinyana qarşı daxildə və xaricdə təzyiqlər olub. Levon Ter-Petrosyanın mövqeyinin gündəmə gətirilməsi, Rusiya emissarlarının bölgəyə səfərləri, hərbi baza məsələsinin qaldırılması, sərhəd və Zəngəzur dəhlizi ilə bağlı müzakirələr Paşinyanın reytinqini aşağı salmağa yönəlmiş addımlardır.

Bütün bunlara baxmayaraq, Paşinyanın son bəyanatı real görünür. Çünki sülh müqaviləsi ilə bağlı müddəalar artıq Vaşinqton görüşündə paraflanıb, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə müzakirələr yekunlaşıb”.

Onun sözlərinə görə hazırda Paşinyan düşünülmüş siyasət yürüdür.

“Hətta növbədənkənar seçkilərə getsə belə, əgər bu platformanı ortaya qoyarsa, qalib gəlmə ehtimalı var. Bu halda sülh müqaviləsinin imzalanması da real görünür”-deyə deputat əlavə edib.

Şəbnəm 

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
icma.az

1Sources