EN

Odessa sakinləri rusiyalı olmaq istəyir? – Peskovun şərhi

Ukraynaya məxsus Odessa və Nikolayev şəhərlərinin sakinləri, guya öz taleyini Rusiyaya bağlamağa hazırdırlar.

Olaylar.az TASS-a istinadla xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın cənubundakı şəhərlərin sakinlərinin Rusiyaya birləşmək istəyi ilə bağlı bəyanatı şərh edib.

"Əlbəttə, Odessa və Nikolayevda öz taleyini Rusiya ilə bağlamaq istəyən çoxlu adam var", - Rusiya prezidentinin mətbuat katibi bildirib.

O, əlavə edib ki, bu cür düşünən rusiyapərəst fikirli vətəndaşların həyatı təhdid olunur, onların öz fikirlərini ifadə etmələrinin qarşısı alınır.

Bundan əvvəl Xerson vilayətinin başçısı Volodimir Saldo bəyan edib ki, məsələ referenduma çıxarılarsa, Odessa və Nikolayev sakinləri Rusiyaya birləşməyə səs verəcəklər. O, belə bir referendumun şəhərlərin Ukrayna nəzarətindən azad edilməsindən sonra mümkün olacağını bəyan edib.

Maraqlıdır, sabah Krasnodar sakinləri Ermənistana, İrkutsk əhalisi isə Çinə birləşmək istəsələr, Peskov və onun kimilər yenə də vətəndaşların öz iradələrini sərbəs ifadə etməsi hüququndan danışacaqlarmı?

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
5
1
olaylar.az

2Sources