EN

"PAŞA Holdinq": Azərbaycan iqtisadiyyatının gələcəyi sahibkarlığın inkişafından asılıdır

 

Azərbaycan iqtisadiyyatının uzunmüddətli inkişafının yeganə yolu sahibkarlığın, xüsusilə texnoloji və innovativ sahibkarlığın dəstəklənməsidir.

TƏHSİL.BİZ  xəbər verir ki, bunu "PAŞA Holdinq" MMC-nin baş direktorunun müavini, İcraiyyə Komitəsinin üzvü Dəyanət Sədullayev Bakıda holdinqin təşkilatçılığı ilə keçirilən "INMerge" İnnovasiya Sammitində bildirib.

O qeyd edib ki, holdinqdə ölkədə və regiondakı vəziyyətlə bağlı "PAŞA Holdinq" rəhbərliyinə proqnozlar hazırlayan Makroiqtisadi Araşdırmalar Departamenti fəaliyyət göstərir.

"Gördüklərimizdən belə qənaətə gəlirik ki, elə də çox vaxtımız yoxdur. İqtisadiyyat enerji resurslarına əsaslanır, amma bir əmtəə kimi neft öz yerini itirir - qiymətlər və tələb azalır, ölkədə istehsal azalır. Başqa yolumuz yoxdur. İqtisadi inkişafın yeganə yolu ölkədə sahibkarlığın inkişafıdır, ilk növbədə də texnoloji və innovativ sahibkarlığın. Hökumət də bunu gözəl anlayır, bunu onların çıxışlarında görürük", - D.Sədullayev söyləyib.

Onun sözlərinə görə, "PAŞA Holdinq"də 30 minə yaxın işçi çalışır və korporasiyanın gələcəyi ölkənin ümumi iqtisadi göstəriciləri ilə birbaşa bağlıdır.

"Böyük korporasiya olaraq başa düşürük ki, biznesin inkişafı üçün inkişaf etmiş iqtisadiyyat olmalıdır. Ona görə də biz bu istiqaməti dəstəkləyirik. Xərclərimiz nə kor-koranə xərclər, nə də xeyriyyəçilikdir. Biz vəziyyəti qlobal və maliyyə institutlarının rəqəmlərində və proqnozlarında görürük. Ona görə də biz bu siyasəti dəstəkləyirik və ona görə də bu gün buradayıq", - "PAŞA Holdinq" nümayəndəsi vurğulayıb.

Chosen
5
1
tehsil.biz

2Sources