EN

"Yaşıl enerji məkanı" üzrə Alt İşçi qrupun III iclası keçirilib



"2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası" layihəsinin hazırlanması məqsədilə yaradılmış "Yaşıl enerji məkanı" üzrə Alt İşçi qrupun III iclası keçirilib.

Energetika Nazirliyindən Reyting.az-a bildirilib ki, nazir Pərviz Şahbazovun rəhbərliyi və aidiyyəti qurumların iştirakı ilə keçirilmiş iclasda Strategiya layihəsinin "yaşıl enerji məkanı" məqsədi üzrə hazırlanmış "Tədbirlər Planı" müzakirə edilib. "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" milli prioritetinə uyğun olaraq müəyyənləşdirilmiş 7 istiqamət üzrə 46 tədbir təklifləri və həmçinin enerji sektorunun inkişafı üzrə hədəf indikatorları barədə məlumatlar verilib.

Bu tədbirlərin icra perspektivləri və maliyyələşmə imkanları nəzərdən keçirilib. "Tədbirlər Planı"nın müzakirəsinin davam etdirilməsi, maliyyə tələbatının əsaslandırılması və ekspertizası ilə bağlı işlərin tezliklə başa çatdırılması və yekun variantın Alt İşçi qrupunun oktyabr ayında keçiriləcək növbəti iclasına qədər təqdim olunması qərara alınıb.
Chosen
24
1
reyting.az

5Sources