EN

“Biz “Qalatasaray” kimi oynayıb, “Qalatasaray” kimi düşünəcəyik”

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Çempionlar Liqasının liqa mərhələsində “Liverpul”la qarşılaşmadan əvvəl fikirlərini bölüşüb.

Sportinfo.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, türkiyəli çalışdırıcı güclü təzyiq göstərməli olduqlarını bildirib:

“Belə oyunlarda, xüsusilə də, evdə biz bu səviyyədə gücümüzü sübut etməliyik. Biz “Qalatasaray” kimi oynayıb, “Qalatasaray” kimi düşünəcəyik.

Güclü təzyiq göstərməli və rəqibin bunu hiss etməsini təmin etməliyik”.

Türkiyə təmsilçisinin çalışdırıcısı rəqibin gücünü vurğulasa da, “Liverpul”un son turda “Kristal Pelas”a (1:2) uduzmasına diqqət çəkib.

Qarşılaşma bu gün İstanbulda keçiriləcək və saat 23:00-da start götürəcək.

“Liverpul” Çempionlar Liqasının ilk turunda doğma meydanda “Atletiko”nu 3:2 hesabı ilə məğlub edib. “Qalatasaray” isə səfərdə Frankfurt “Ayntraxt”ına 1:5 hesabı ilə uduzub.

“Qarabağ” Çempionlar Liqasının liqa mərhələsindəki son matçını səfərdə “Liverpul”a qarşı keçirəcək.

Chosen
7
sportinfo.az

1Sources