EN

Su şəbəkəsinə qoşulma ilə bağlı statistik göstəricilər açıqlanıb

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən su şəbəkəsinə qoşulmaqla bağlı bütün mərhələlərin, yəni qoşulma xətlərinin layihələndirilməsi və digər prosedurların tam şəkildə elektron qaydada həyata keçirilməsi təmin olunub.“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Agentliyi (ADSEA) tərəfindən keçirilən konfransda Agentliyin sədr müavini İlham Bayramov deyib.

İ.Bayramov qeyd edib ki, bu, həm şəffaflığı, operativliyi, dəqiqliyi, həm də vətəndaşların müxtəlif tələblərinin tam qarşılanmasını mümkün edir:

“Ümumiyyətlə, rəqəmsal texnologiyalardan istifadə etməklə Agentlik göstərdiyi xidmətlərin elektronlaşdırılması, əlçatanlığın artırılması, şəffaflığın təmin olunması, eyni zamanda vətəndaş məmnuniyyətinin yüksəldilməsi istiqamətində sistemli və ardıcıl tədbirlər görür. Statistikaya nəzər salsaq, ilin əvvəlindən etibarən 8 245 müraciət qəbul olunub. Onların 58%-i iri şəhərlərin ərazisinə, 42%-i isə kənd və regional ərazilərə aiddir. Müraciətlərin həm əhali, həm də qeyri-əhali kateqoriyası üzrə qoşulmalarla bağlı olduğu qeyd edilməlidir. Ümumilikdə müraciətlərin 58%-i sırf əhali tərəfindən edilib”.

İ.Bayramov deyib ki, vətəndaş müraciətlərinin sadələşdirilməsi məqsədilə yeni imkanlar yaradılıb:“Agentliyin vahid 955 çağrı mərkəzi 24/7 rejimdə fəaliyyət göstərir və ilin əvvəlindən indiyədək 631 mindən çox müraciət qəbul edib. Bu müraciətlər qanunvericiliyin tələblərinə uyğun olaraq qeydə alınır və icra olunur. Hər bir müraciət əsasında işlərin görülməsi, araşdırmaların aparılması sistem üzərindən izlənilir, icra müddətləri müəyyən edilir və həmin müddətdə də tamamlanır. Qeyd edək ki, müraciətlərin bu qədər çox olması bir tərəfdən vətəndaşların xidmətlərə əlçatanlığını, digər tərəfdən isə mövcud problemlərin sayını göstərir.

“Bununla yanaşı, “e-su” elektron portalı da istifadəyə verilib. Vətəndaşlar portaldan və onun mobil tətbiqindən istifadə edərək xidmətlərdən yararlana bilirlər. 9 ay ərzində portal vasitəsilə 10 328 elektron xidmət göstərilib və bu da əvvəlki dövrlərlə müqayisədə daha yüksək nəticədir”, - deyə İ.Bayramov əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
19
50
apa.az

10Sources