AZ

Bakı və bölgələrdə fasiləsiz su təminatı daim nəzarətdədir — Sədr müavini

"Bütün su infrastrukturunun yerin altında yerləşməsi çətinliklər yaradır. Qəza hallarında xidmətlərin dərhal reaksiya verməsi zəruridir. Qəzalar dünyanın hər yerində baş verə bilər. Əsas məsələ onların operativ şəkildə aradan qaldırılmasıdır. Çünki yeraltı şəbəkələrin uzun illər istismarı müəyyən problemlərin yaranmasına səbəb olur".

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov qurumun 9 ay ərzində gördüyü işlərə həsr olunmuş mətbuat konfransında deyib.

Sədr müavini qeyd edib ki, su təchizatı ilə yanaşı tullantı sularının utilizasiyası da diqqətdə saxlanılır:

 "Bu istiqamətdə görülən tədbirlər həm ətraf mühitin qorunmasına, həm də insanların sağlamlığının təmin olunmasına xidmət edir. Əhalinin suya çıxışı ölkənin iqtisadi inkişafı ilə birbaşa bağlıdır. Bakı şəhərində və digər bölgələrdə suyun fasiləsiz təminatı daim nəzarətdə saxlanılır. Mövcud çətinliklər olsa da, onların aradan qaldırılması istiqamətində işlər görülür".

Cavidan Mirzəzadə
Demokrat.az
Seçilən
13
50
demokrat.az

10Mənbələr