EN

Erməni revanşistlərdən yeni təxribatçı addım

Revanşist "Ermənistan" fraksiyası parlamentə yeni təxribatçı və populist xarakter daşıyan qanun layihəsi təqdim edib.

Olaylar.az xəbər verir ki, layihə qondarma "erməni soyqırımını" "inkar etməyə görə" cinayət məsuliyyətini sərtləşdirməyi nəzərdə tutur.

Fraksiyanın katibi Artsvik Minasyan parlamentdə çıxışı zamanı bildirib ki, hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 136-cı maddəsində "soyqırımın inkarı" ilə bağlı məsuliyyət nəzərdə tutulsa da, orada ayrıca olaraq "erməni soyqırımı" qeyd olunmur.

Minasyanın sözlərinə görə, indiyədək qüvvədə olan maddə üzrə cinayət işi açılmayıb.

Hakim "Vətəndaş sazişi" partiyasının deputatları isə layihəni şübhə altına alıblar. Onların sözlərinə görə, hətta baş nazir Nikol Paşinyanın 1915-ci ildə baş verənlər barədə dediyi "niyə belə oldu, anlamaq lazımdır" ifadəsi də nəzəri baxımdan "cəzalandırıla bilən" sayılır. Bu mübahisələr parlamentdə gərginlik yaradıb.

Səsvermənin bu həftə keçirilməsi gözlənilir. Bu təşəbbüs bir daha göstərir ki, erməni revanşist qüvvələr daxili auditoriya üçün populist addımlar ataraq regionda sülh və əməkdaşlıq perspektivlərini təxribatçı şəkildə kölgə altına salmağa çalışırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
15
1
olaylar.az

2Sources