Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Cənubi Qafqazda ən az su ehtiyatı bizdədir. Azərbaycanın su ehtiyatları Gürcüstan və Ermənistandan dəfələrlə azdır. Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov qurumun 9 ay ərzində gördüyü işlərə həsr olunmuş mətbuat konfransında deyib.O bildirib ki, Azərbaycanın su ehtiyatı 26,2 milyard kubmetr, Gürcüstanın su ehtiyatı bundan 4 dəfə çox – 108 milyard kubmetr, Ermənistanın su ehtiyatı isə bizdən 1,5 dəfə çox - 40 milyard kubmetrdir:"Gürcüstan və Ermənistan birlikdə 148 milyard kubmetr su ehtiyatına malikdir və bu, Azərbaycanın göstəricisindən 5,7 dəfə çoxdur. Ölkəmiz Cənubi Qafqazdakı su ehtiyatlarının 15%-nə, Gürcüstan 62 %-nə, Ermənistan isə 23 %-nə sahibdir".Cavidan Mirzəzadə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.