EN

Erməni deputat: “Bu hərbçilərin toplanışı ciddi pozuntularla müşayiət olunur”

Ermənistanda ehtiyatda olan hərbçilərin toplanışı ciddi pozuntularla müşayiət olunur.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentində müxalif “Ermənistan” blokunun deputatı Geqam Manukyan çıxış edib.

Erməni deputatın sözlərinə görə, son iki il ərzində hərbi xidmətdən yayınanlara qarşı qanunvericiliyin sərtləşdirilməsinə baxmayaraq, problemlər aradan qalxmayıb:

“Yayınanların sayı kifayət qədər çoxdur. Bu isə vətəndaşların özlərini qeyri-təhlükəsiz və müdafiəsiz hiss etmələrinin göstəricisidir”.

Manukyan bildirib ki, keçirilən toplanışlar əslində təlim xarakteri daşımır:

“Onların yeganə məqsədi cəmi 10 gün sonra ehtiyatda olanları döyüş növbətçiliyinə göndərməkdir. Beləliklə, “təlim toplanışı” anlayışı tamamilə gözdən salınıb. Bu sistemin tətbiqi də yaxşı vəziyyətdən xəbər vermir, əksinə, döyüş növbətçiliyi prosesindəki problemləri üzə çıxarır”.

Geqam Manukyan hərbi geyimlə bağlı problemləri də gündəmə gətirib. Onun sözlərinə görə, hər bir ehtiyatçıdan 43 min dram tutulub.

Musavat.com

Chosen
11
musavat.com

1Sources