EN

Professor: Trampın sülh planı reallaşa bilər

ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.

“ABŞ-da hakimiyyətdə fərqli qüvvələr ola bilər, ancaq ən əsası Amerikanın maraqlarıdır. Hazırda ABŞ-da respublikaçılar hakimiyyətdədir. Yəhudi lobbisi, silah tacirləri, böyük korporasiyalar isə respublikaçıları dəstəkləyir. Prezident Donald Tramp da istəyir ki, respublikaçıların hakimiyyəti davam etsin. Buna görə də, baş verən prosesləri tam nəzarətdə saxlamağa çalışır”. Bu fikirləri “Reytinq” qəzetinə açıqlamasında Vəhdət Partiyası sədrinin müşaviri, professor Cümşüd Nuriyev ABŞ prezidenti Donald Trampın Qəzzada müharibəni dayandırmaq üçün irəli sürdüyü sülhlə bağlı təkliflərini şərh edərkən bildirib.Professorun sözlərinə görə, hazırda demokratları dəstəkləyən tarixi fiqurlar çox azdır, əksəriyyəti vəfat edib. Bu baxımdan Trampın gedişlərinin məqsədi həm yəhudi lobbisini ələ almaq, həm də sakitləşdirməyə nail olmaqdır. “Çünki BMT Baş Assambleyasının 80-ci sessiyasında İsrail baş naziri Netanyahunun çıxışı zamanı çoxsaylı dövlətlərin təmsilçiləri zalı tərk etdilər. O cümlədən iyirmiyə yaxın ərəb dövləti. Bu, Trampı müəyyən qədər ayıltdı. Çünki lazım gəldikdə, ərəb ölkələri ABŞ-a da maliyyə yatırımı edirlər”,- C. Nuriyev əlavə edib.Müsahibimiz bildirib ki, hazırda İsraildəki müəyyən qüvvələr də baş nazir Netanyahudan narazıdır və onun hakimiyyətdən getməsində maraqlıdırlar: “Netanyahu ipinin üstünə odun yığılası siyasətçi deyil və çoxsaylı qüvvə ondan narazıdır. Digər tərəfdən, Türkiyənin mövqeyi də burada qeyd edilməlidir. Çünki İsrail və Türkiyə arasında arzuedilməyən istənilən hərbi qarşıdurma vəziyyəti qəlizləşdirə bilər. Türkiyə NATO dövlətidir və müharibə başlayarsa, NATO-nun 5-ci maddəsi işə düşməlidir. Lakin ABŞ heç vaxt İsraillə vuruşmayacaq, heç belə bir vəziyyəti arzulamır da. Odur ki, Qəzzada müharibəni bitirmək çox vacibdir. Üstəlik, Netanyahunun siyasəti İsrailə daha çox düşmənlər qazandırıb. Qəzza müharibəsinə Livandakı bəzi qüvvələr, eləcə də husilər və digərləri qoşulub”. C. Nuriyev deyib ki, bir neçə gündən sonra Qəzza müharibəsinin iki ili tamam olacaq: “Bu müharibədə 60 minə yaxın insan öldürülüb, çoxsaylı yaralı var və 100 minlərlə insan qaçqın düşüb. Amma Netanyahu Qəzzaya tam sahib ola bilməyib. Getdikcə İsrailin potensialı da tükənir. Üstəlik, müharibəyə başqa ölkələrin qoşulma ehtimalı hər zaman mövcuddur. Bütün bunlar əlavə gərginliklər, problemlərdir. Mənim ehtimalıma görə, əslində yəhudi ağlı Donald Trampın vasitəsilə bu müharibəni dayandırmaq istəyir. Burada İran, Səudiyyə Ərəbistanı və digər faktorlar da mövcuddur”.C. Nuriyev xatırladıb ki, ötən gün İsrail baş naziri Netanyahu ABŞ səfəri çərçivəsində Trampla müzakirələr aparıb: “Eyni zamanda baş nazir Qətər əmri ilə telefon əlaqəsi yaradıb və Dohaya hücuma görə ondan üzr istəyib. Belə də olmalıdır. Çünki Qətər ABŞ-nın əsas müttəfiqi, pul kisələrindən biridir. ABŞ Qətəri itirməyi göz önünə ala bilməz. Üstəlik, istəməz ki, Netanyahunun siyasəti sayəsində ərəb dünyası ondan üz çevirsin. Bu mənada ehtimal edirəm ki, əgər HƏMAS və onu dəstəkləyən ölkələr razılaşarsa, Donald Trampın sülh planı reallaşa bilər”.Nemət ORUCOVReyting.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
1
reyting.az

2Sources