EN

Türkiyə və Ermənistanın nazirləri Belqradda görüşdü

BAKI, 30 sentyabr. TELEQRAF

Serbiyanın paytaxtı Belqradda keçirilən RISE 2025 konfransı çərçivəsində Ermənistanın əmək və sosial işlər naziri Arsen Torosyan Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Əmək və Sosial İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı sosial müdafiə sahəsində qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Tərəflər iki ölkənin sektoral prioritetlərini və bu sahələrdə həyata keçirilən işləri müzakirə ediblər. Bu kontekstdə hər iki tərəf sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsinin və keyfiyyətinin yüksəldilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə də toxunub, sektor əməkdaşlığının da buna töhfə verəcəyinə ümid ediblər.

Görüşün sonunda tərəflər təcrübə mübadiləsi və əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildiriblər.

Chosen
11
1
teleqraf.com

2Sources