Azərbaycanla bağlı dezinformasiya yayan Tuğberk adlı Türkiyə vətəndaşı saxlanılıb.
Avtosfer.az xəbər verir ki, o bu barədə “X” hesabında yazıb.
Tuğberk bildirib ki, Azərbaycanla bağlı etdiyi paylaşıma görə ötən axşam İspaniyaya qayıdarkən hava limanında saxlanılıb və ifadə verib.
Qeyd edək ki, onun 2 gün öncə BMT Baş Assambleyasının 80-ci sessiyası ilə bağlı yanlış məlumatlar yayması müzakirələrə səbəb olmuşdu. O, İsrailin Baş naziri Benyamin Netanyahunun Fələstin mövzusundakı çıxışını guya Azərbaycan rəsmilərinin izlədiyi və alqışladığı barədə saxta paylaşımlar etmişdi.