EN

“Kopenhagen”in baş məşqçisi: “Məqsədimiz qalib gəlməkdir”

BAKI, 30 sentyabr. TELEQRAF
“Məqsədimiz qalib gələrək, 3 xal qazanmaqdır”.

Teleqraf xəbər verir ki, bu sözləri Danimarka təmsilçisi “Kopenhagen”in baş məşqçisi Yakob Neestrup UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Qarabağ”la Bakıda keçiriləcək oyundan öncə mətbuat konfransında deyib.

37 yaşlı mütəxəssis qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib: “Ot örtüye daha yaxşı ola bilərdi. Amma bu, bixim üçün bəhanə deyil. İdeal deyil”.

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Niderlandlı hakim Sərdar Gözüböyünün idarə edəcəyi qarşılaşma saat 20:45-də start götürəcək.

Chosen
39
teleqraf.com

1Sources