“Ermənistanla Azərbaycan bu ilin avqustun 8-nə qədər sülhə nail olmaq və dövlətlərarası münasibətlərin qurulması üçün bir sıra addımlar atıb, lakin ABŞ prezidentinin iştirakı olmadan hazırkı nəticəyə nail olmaq mümkün olmazdı”.
“Qafqazinfo” “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında çıxışı zamanı danışıb.
İki ölkə arasında sülhün bərqərar olmasını tarixi hadisə adlandıran Paşinyan bildirib ki, bu, yalnız Ermənistan hökuməti və xalqının deyil, Azərbaycan hökuməti və xalqının da nailiyyətidir:
“Sülh tətil və yaxud istirahət deyil, sülh gündəlik əməkdir. Sülh yeni doğulmuş körpə kimidir, gündəlik qayğı tələb edir. Bizim yeni doğulmuş sülhümüzün bu gün 1 ay 22 günü tamam olur və biz onun böyüməsi, güclənməsi və Cənubi Qafqaz regionumuzun çiçəklənməsinə töhfə verməsi üçün onu qorumalı, sevməli və qayğısına qalmalıyıq”.
"Cebheinfo.az"