EN

Ehtiram Quliyevin klubunda dava-dalaş nəyin üstündə düşüb?

«Turan Tovuz»da növbəti qalmaqalın baş verməsindən xəbərdarsız.
Ehtiram Quliyevin rəhbərlik etdiyi klubda budəfəki hadisə əvəzedicilərin düşərgəsində yaşanıb. Əvəzedicilər Liqasında ev oyunlarını Gəncədə keçirən «dubl»un baş məşqçisi Nizami Ocaqverdiyev köməkçisi Ruslan Məmmədovla dalaşıb.
«Neftçi» ilə oyundan sonra ikilinin sözlü mübahisəsi təhqirə keçib. Tərəflər əməlli-başlı əlbəyaxa davaya qalxıb. Onları sakitləşdirmək və bir-birindən aralamaq çətinlik yaradıb.
Yaxınlıqda yerləşən binada yaşayan sakinlər və ətrafdan keçən şəxslər Ocaqverdiyevlə Məmmədovu güclə sakitləşdirib.
Klubda işləyənlərin bildirdiyinə görə, hadisə rəhbərliyi möhkəm narahat edib. İdman direktoru Səməd Nəsibov olayı araşdırıb.
«Turan Tovuz»da fəaliyyət göstərən azsaylı təcrübəli kadrlardan biri olan S.Nəsibov dava-dalaşın motivini aydınlaşdırıb və N.Ocaqverdiyevin haqlı olduğunu müəyyənləşdirib.
O, R.Məmmədovu danlayıb və iş yerini dəyişib. Sonuncu bundan sonra akademiyada çalışacaq.
Saytımız artıq olayın motivi ilə tanışdır. Redaksiyamıza məlum olub ki, hər şey R.Məmmədovun avtomobilinin stadionun ərazisinə buraxılmamasından başlayıb. O, maşınının icarə keçirməsinə icazə alması üçün baş məşqçidən kömək istəyib. Ocaqverdiyev cavabında özünün də bəzən bu problemlə üzləşdiyini deyib. Onun dedikləri köməkçisini qane etməyib. Məmmədov matçın gedişində bir neçə dəfə Ocaqverdiyevə atmaca atıb, 90 dəqiqənin bitməsini gözləyən çalışdırıcı final fitinin ardından «əl-qolunu çırmalayıb».
SPORTİNFO.AZ

Chosen
5
sportinfo.az

1Sources