EN

"SOCAR Polymer" ixrac gəlirlərini 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında "SOCAR Polymer" MMC xaricə 190,5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.

Məlumata görə, bu, ötən ilin 8 ayı ilə müqayisədə 23,5 milyon ABŞ dolları və ya 14,1% çoxdur.

Ötən ilin yanvar-avqust aylarında "SOCAR Polymer" MMC 167 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.


Chosen
15
1
fed.az

10Sources