EN

Ermənilərin Qarabağa qayıdışı barədə Paşinyandan açıqlama

“Ermənilərin Qarabağa (Azərbaycanın bölgəsi - red.) qayıdışı real deyil”.

"Bakuinfo" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan AŞPA-da çıxışı zamanı deyib.

“İnsanlar onların Qarabağa qayıtmasının nə dərəcədə real olduğunu soruşurlar. Düzünü desəm, bunun real olduğunu düşünmürəm. Həmçinin bu məsələni sülh prosesi üçün təhlükəli hesab edirəm”, - o qeyd edib.

Paşinyan əlavə edib ki, Qarabağdan gələnlər Ermənistanda qalmalıdırlar, artıq onların mənzillərlə təmin edilməsi proqramına başlanılıb. (Teleqraf.com)

Chosen
8
4
bakuinfo.net

10Sources