EN

Trendyol “INmerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır

Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması Trendyol regionun ən böyük innovasiya tədbiri “INMerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır.

Publika.az xəbər verir ki, “PAŞA Holding”in təşkilatçılığı ilə 29-30 sentyabrda baş tutan sammit regionda innovasiyaların inkişafına töhfə vermək, ekosistemin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaq, startap və investorları bir araya gətirmək məqsədi daşıyır.

Tədbirin ikinci günündə “Trendyol”un dəstəyilə "Regional çempionların yüksəlişi: aparıcı e-ticarət şirkətləri sərhədləri necə aşır?" mövzusunda panel müzakirəsi təşkil olunub. Paneldə iştirak edən çıxışçılar regional şirkətlərin müxtəlif bazarlardakı iş prinsipləri, lokal ekosistemə inteqrasiyaları və lokallaşma strategiyaları haqqında danışıblar.

‘’Trendyol’’un beynəlxalq genişlənmə üzrə rəhbəri İrem Çağrı Yılandil şirkətin yeni bazarlardakı strategiya və təcrübəsini bölüşüb.

‘’Biz fəaliyyət göstərdiyimiz hər bir bazarda müştərilərimizin gözləntilərini, vərdişlərini və üstünlüklərini anlayırıq və dəyərli təcrübələr yaratmaq üçün bu çox önəmlidir.

Chosen
14
7
publika.az

8Sources