Bakı. Trend:
İspaniyanın Sevilya şəhərinin La Alqaba rayonunda yerləşənqocalar evində qrip və COVID-19 epidemiyası baş qaldırıb.
Trend ölkənin yerliKİV-lərinə istinadən xəbər verir ki, bu barədə Əndəlüs Səhiyyə vəİstehlakçıların İşləri Nazirliyi məlumat yayıb.
Məlumata görə, kəskin respirator infeksiyası epidemiyasına 22yoluxma halı qeydə alınıb.
Qeyd edilir ki, 6 nəfər xəstəxanaya yerləşdirilib, 2-si artıqevə buraxılıb, 1-nin müalicəsi davam edir.
Üç nəfər və xəstəxanaya yerləşdirilməyən daha bir nəfər isəhəyatını itirib.