EN

"Neftçi"yə qənim kəsilən TANIŞ ADAM

"Neftçi" yenə xal itirdi.

"Ağ qaralar" bu dəfə "Karvan-Yevlax"la bacarmadı - 0:0.

Bir qədər konkretləşdirsək qonaqların qolkiperi Kamran İbrahimovla dueldən qalib ayrılan bilmədi.

26 yaşlı futbolçu 90 dəqiqə fantastik çıxışla yadda qaldı.

Dəfələrlə komandasının xilaskarına çevrildi.

Bir epizodda inanılmazı bacardı.

Yaxın məsafədən və əks tərəfə vurulan zərbəyə əl qoydu.

Bilməyənlər üçün xatırladım ki, Kamran "Neftçi" üçün heç də yad sima deyil.

Hətta ailənin yaxın keçmişdəki bir üzvüdür deyə bilərik.

Belə ki, gənclər millimizin sabiq üzvü məhz elə paytaxt klubunun yetirməsidir.

O, futbolun sirlərini "Neftçi" öyrənib.

Bütün aşağı yaş qruplarında çıxış edib.

11 matçda isə əsas komandanın formasını geyinib.

Həmçinin Azərbaycanın bütün aşağı yaş millilərində çıxış etmiş İbrahimov 2022-ci ildə "Neftçi"yə lazım olmayınca "Kəpəz"in yolunu tutub.

Ötən mövsümü Birinci Liqa təmsilçisi "Karvan-Yevlax"da keçirib.

Bir sözlə, bölgə klubu "Neftçi"ni öz evində elə öz silahı ilə zərərsizləşdirdi.

XANOĞLAN / SPORTİNFO.AZ

Chosen
5
sportinfo.az

1Sources