EN

Azərbaycanda texniki suyun istifadə olunma istiqamətləri müəyyən olunub

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Azərbaycanda texniki suyun sənaye və kənd təsərrüfatında istifadəsi planlaşdırılır.

Globalinfo.az xəbər verir ki, bunu jurnlalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycanda su sərfiyyatının azalmasına dəstək olaraq texniki suyun istifadəsi milli su strategiyasında konkret tapşırıqlar və hədəflərlə müəyyən olunub.

“Texniki su tullantı sularının təmizlənməsi nəticəsində əldə olunur. Təmizlənmənin səviyyəsinə və tətbiq olunan standartlara görə mexanizmlər və texnologiyalar fərqlidir. Yeni su təmizləyici qurğular komplekslərində texniki suyun sənaye və kənd təsərrüfatında istifadəsi nəzərdə tutulub və bununla bağlı hesablamalar və təhlillər aparılıb”.

İlham Bayramov əlavə edib ki, təmizlənmiş texniki suyun obyektlərə çatdırılması mövcud infrastrukturun içməli suyun nəqli üçün qurulması səbəbindən əlavə emissiya tələb edir.

“Yeni infrastrukturun qurulması məhdud imkanlarla mümkündür. Buna baxmayaraq, gələcək layihələrdə texniki su həm təmizlənmiş suyun istifadəsi, həm kənd təsərrüfatı məqsədləri üçün, həm də dəniz suyunun duzsuzlaşdırılması layihələri çərçivəsində istifadə ediləcək. Həmçinin, müəyyən həcmdə texniki su Sumqayıt sənaye parkında da istifadə oluna biləcək”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
5
globalinfo.az

7Sources