AZ

Azərbaycanda texniki suyun sənaye və kənd təsərrüfatında istifadəsi planlaşdırılır

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycanda su sərfiyyatının azaldılmasına dəstək olaraq texniki suyun istifadəsi milli su strategiyasında konkret tapşırıqlar və hədəflərlə müəyyən olunub.

“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib.O qeyd edib ki, texniki su tullantı sularının təmizlənməsi nəticəsində əldə olunur: “Təmizlənmənin səviyyəsinə və tətbiq olunan standartlara görə mexanizmlər və texnologiyalar fərqlidir. Yeni su təmizləyici qurğular komplekslərində texniki suyun sənaye və kənd təsərrüfatında istifadəsi nəzərdə tutulub və bununla bağlı hesablamalar və təhlillər aparılıb”.

İlham Bayramov bildirib ki, təmizlənmiş texniki suyun obyektlərə çatdırılması mövcud infrastrukturun içməli suyun nəqli üçün qurulması səbəbindən əlavə emissiya tələb edir: “Yeni infrastrukturun qurulması məhdud imkanlarla mümkündür. Buna baxmayaraq, gələcək layihələrdə texniki su həm təmizlənmiş suyun istifadəsi, həm kənd təsərrüfatı məqsədləri üçün, həm də dəniz suyunun duzsuzlaşdırılması layihələri çərçivəsində istifadə ediləcək. Həmçinin, müəyyən həcmdə texniki su Sumqayıt Sənaye Parkında da istifadə oluna biləcək”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
5
apa.az

7Mənbələr