ain.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyənlər müvafiq icazələr əldə edərək fəaliyyətlərini davam etdirirlər. Yaşı 8 ilə qədər olan nəqliyyat vasitələri icazə üçün müraciət edə bilir".
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumatda qeyd olunur ki, icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görülür:
"Belə ki, buraxılış kartı olmayan taksi nəqliyyat vasitəsinə sifariş ötürmək yolverilməzdir. Bu barədə taksi xidməti göstərən operatorlara AYNA tərəfindən rəsmi bildiriş məktubları da göndərilib".
Orxan Hüseyn
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.