EN

Politico: Ukraynadakı münaqişənin gərginliyini azaltmaq üçün Tramp eskalasiyaya getməlidir - ÖZƏL

ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin gərginliyini azaltmaq üçün Rusiya ilə bağlı eskalasiyaya getməlidir.

Bu barədə Olaylar  "Politico" nəşrinə istinadən xəbər verir.

Məqalədə qeyd olunur ki, əgər Tramp həqiqətən atəşkəsə nail olmaq istəyirsə, Moskvadakı hesablamaları dəyişmək üçün Rusiyaya daha ciddi təzyiq göstərməlidir. "Putinə başa salmaq lazımdır ki, atəşkəs döyüş əməliyyatlarından daha çox fayda gətirəcək. Təzyiqi artırmaqla Tramp deeskalasiyaya nail ola bilər", - deyə vurğulanır.

Müəllif daha sərt sanksiyaların tətbiqini, dondurulmuş Rusiya aktivlərinin müsadirəsini və Ukraynaya hərbi yardımın gücləndirilməsini təklif edir.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov əvvəlcə bəyan etmişdi ki, heç bir sanksiya Moskvanı ardıcıl mövqeyini dəyişməyə məcbur edə bilməz. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə Avropa İttifaqı tərəfindən dondurulmuş Rusiya aktivlərinin müsadirəsi halında sərt cavab tədbirləri görüləcəyini bildirib.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
12
olaylar.az

1Sources