EN

Ukrayna Qəzzadan 16-sı uşaq olmaqla 48 vətəndaşını təxliyə edib

Ukrayna Xarici İşlər Nazirliyi və Baş Kəşfiyyat İdarəsi Qəzzadan 48 vətəndaşını, o cümlədən 14 qadın və 16 uşaq, həmçinin 9 fələstinlini (onların ailə üzvləri) təxliyə edib.

Turkustan.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində Ukraynanın xarici işlər naziri Andrey Sıbıqa məlumat verib .

“Prezident Zelenskinin göstərişi ilə Xarici İşlər Nazirliyi və Baş Kəşfiyyat İdarəsi Qəzzadan 48 Ukrayna vətəndaşını, o cümlədən 14 qadın və 16 uşaq, həmçinin 9 fələstinlini (Ukraynalı ailələrin üzvləri) uğurla təxliyə edib.

Sibiqa qeyd edib ki, evakuasiya aktiv döyüş bölgəsində aparılıb və təxliyə edilən iki nəfər, 26 yaşlı ukraynalı və 58 yaşlı fələstinli yaralanıb. Təxliyə edilənlərə GUR-un tibb mütəxəssisləri tərəfindən lazımi tibbi yardım göstərilib.

Təxliyyə reysi artıq Kişinyova çatıb, qrup oradan evə yola düşəcək.

"Biz onları sağ-salamat qayıtmaları münasibətilə təbrik edirik. Bu əməliyyatda kömək edən hər kəsə təşəkkür edirik. Biz xüsusilə İsrail, İordaniya və Moldovaya logistika, tranzit və maliyyə dəstəyi ilə bağlı yardımlarına görə minnətdarıq", - deyə, Ukrayna XİN rəhbəri qeyd edib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
11
1
turkustan.az

2Sources