EN

Cənubi Afrikanın Fransadakı səfiri Paris otelinin yaxınlığında ölü tapılıb

Cənubi Afrika Respublikasının Fransadakı səfiri Nkosinathi Emmanuel Mthethua-nın cəsədi Parisdə tapılıb.

Bu barədə hüquq-mühafizə orqanlarına istinadən Le Parisien nəşri məlumat yayıb.

"Yoxa çıxandan bir gün sonra Cənubi Afrikanın Fransadakı səfiri Emmanuel Mthethua ölü tapıldı. Onun cəsədi çərşənbə axşamı Hyatt otelinin altında tapıldı", - qəzet yazır.

Həmçinin bildirək ki, diplomat Nkosinathi Emmanuel Mthethua bazar ertəsi itkin düşüb; onun son telefon siqnalı Bois de Boulogne yaxınlığında aşkar edilmişdi.

Chosen
15
7
aznews.az

8Sources