EN

Azərbaycanın taekvondo millisi III MDB Oyunlarını 22 medalla başa vurub

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında taekvondo yarışları başa çatıb.

90deqiqe.Az xəbər verir ki,  Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışların ikinci günündə Azərbaycan millisinin 11 üzvü fəxri kürsüyə qalxıb. Onlardan Vasif Səlimov (68 kq) qızıl medal qazanıb. Nigar Abdullayeva, Leyla Bəşirova (hər ikisi 57 kq), Səmərrux Osmanova, Zemfira Həsənzadə (hər ikisi 49 kq), Zemfira Aslanova, Nərmin Ənsəri (hər ikisi 67 kq), Fuad Məhərrəmli, Məhəmməd Həsənli (hər ikisi 58 kq), Rza Əsədli (80 kq) və Xan Məmmədzadə (87 kq) isə bürünc medal əldə ediblər.

Ötən gün isə Azərbaycan taekvondoçuları 3 qızıl, 2 gümüş və 6 bürünc medal qazanmışdı.

Beləliklə, Azərbaycan taekvondo yığması III MDB Oyunlarını ümumilikdə 22 medalla başa vurub.

Qeyd edək ki, 13 ölkədən 1624 idmançının qatıldığı III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Chosen
22
17
90deqiqe.az

10Sources