Türkiyəyə məxsus Türk Hava Yolları aviaşirkəti Ermənistanın paytaxtı İrəvana reyslər həyata keçirəcək.
Sitat.info Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin İctimaiyyəti Məlumatlandırma Platformasında açıqlama yayılıb.
Məlumatda deyilir:
“Ortağımızın idarə heyəti tərəfindən imkanlar və bazar şərtlərinə uyğun olaraq Rumıniyanın Timişoara şəhərinə və Ermənistanın paytaxtı İrəvana müntəzəm reyslərin açılmasına qərar verilib”.