EN

"Onların adından Cabirin ailəsindən üzr istəyirəm"

Aparıcı Mətanət Əliverdiyeva Əməkdar artist Cabir İmanovun idman zalındakı son kadrlarını yayan şəxslərə görə mərhumun ailəsindən üzr istəyib.

Axşam.az xəbər verir ki, bu barədə o, "Xəzər axşamı" verilişində danışıb. 

"Cabirin idman zalındakı həmin o görüntülərinə biz də baxdıq, amma verilişlərimizdə bunu yayımlamadıq. Pandemiyada da mən bunun qəti əleyhinə idim. Məni top atəşinə tutdular, amma sonra dedilər ki, yox, Mətanət düz deyir. Arif Quliyevin o videolarını yadınıza gəlir? Allah rəhmət etsin, insan canı ilə əlləşirdi, bizimkilər isə videoya çəkib paylaşırdı. Ayıb, ayıb, bir də ayıb. O video bir sənəd olaraq həkimə lazımdır, amma bunu yaymaq olmaz. Bunu kimin etdiyini bilmirəm, amma mən həmin adamların adından Cabirin ailəsindən üzr istəyirəm. Belə insanlara görə xəcalət çəkirəm" deyə, Mətanət Əliverdiyeva bildirib.

Chosen
16
10
demokrat.az

10Sources