EN

Çexiya rusiyalı diplomatların ölkəyə girişini qadağan etdi

Çexiya hökuməti rəsmi akkreditasiyası olmayan Rusiya diplomatlarının və xidməti pasport sahiblərinin ölkəyə girişini qadağan edib.

Azreform.info xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski özünün X səhifəsində məlumat yayıb.

"Bu gün hökumət Rusiya diplomatlarının və Çexiya tərəfindən milli akkreditasiyası olmayan xidməti pasport sahiblərinin ölkəyə girişini qadağan etdi. Bu tədbir beynəlxalq hava limanlarında tətbiq olunur", - Lipavski bildirib.

Chosen
11
5
azreform.info

6Sources