EN

Bu şirkət 2 min işçisini ixtisar edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Exxon Mobil" 2000 işçini ixtisar edəcək.

Banco.azxəbər verir ki, ABŞ-ın enerji nəhəngi “Exxon Mobil” uzunmüddətli yenidənqurma planı çərçivəsində dünya üzrə təxminən 2 min əməkdaşını işdən çıxarmağı planlaşdırır. Bu addım şirkətin qlobal işçi qüvvəsinin təxminən 3–4%-nə təsir edəcək.

“Exxon”un 70%-nə sahib olduğu “Imperial Oil” də həmçinin işçi qüvvəsinin 20%-ni azaldacağını açıqlayıb.

CEO Darren Vudsun sözlərinə görə, bu qərarlar şirkətin rəqabət qabiliyyətini artırmaq və gələcəkdə liderliyini qorumaq məqsədi daşıyır.

“Exxon” 2024-cü ilin sonunda 61 min nəfər işçi çalışdırıb ki, bu da 2019-la müqayisədə 20% azdır. “Imperial Oil”in əməkdaş sayı isə 5 min 100 olaraq qeydə alınıb.

Son aylarda “Chevron”, “ConocoPhillips” və “BP” də neft qiymətlərinin enməsi fonunda minlərlə işçini ixtisar edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
94
banco.az

1Sources