EN

XI Bakı Beynəlxalq Kitab Sərgisinə getmək istəyənlərin NƏZƏRİNƏ: Xüsusi avtobuslar…

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 1-də Bakı Ekspo Mərkəzində XI Bakı Beynəlxalq Kitab Sərgisi başlanır.Nazirlikdən Bizim.Media-ya bildirilib ki, oktyabrın 7-dək davam edəcək builki sərgi “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunub.

 

Sərgidə iştirak etmək istəyənlərin metronun “Elmlər Akademiyası” (09:00 - 17:00), “28 May” (09:00 - 17:30) və “Koroğlu” (09:00 - 18:00) stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.

Avtobusların Bakı Ekspo Mərkəzinə yola düşmə və geri dönüşünü əks etdirən cədvəli təqdim edirik.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
23
11
bizim.media

10Sources