EN

Maya Sandu: "Rusiya Kişineuda hakimiyyəti ələ keçirmək istəyib"

"Sentyabrın 28-də keçirilən parlament seçkilərində Moldova Respublikasının vətəndaşları səs verməklə Rusiyanın təzyiqlərinə tab gətirmək və öz iradələri ilə inkişaf yolunu davam etdirmək bacarıqlarını nümayiş etdiriblər".

Publika.az xəbər verir ki, bunu Prezident Maya Sandu “Moldova 1” ictimai televiziya kanalınlının efirində bildirib.

Dövlət başçısının sözlərinə görə, Rusiya Kişineuda hakimiyyəti ələ keçirmək və Moldova Respublikasından Avropa İttifaqına qarşı istifadə etmək məqsədilə seçkilərə müdaxiləyə cəhd edib.

"Moldova Respublikası kiçik bir ölkədir, bizim heç bir metalımız və ya digər əsas resurslarımız yoxdur. Rusiya bizə nəzarət etmək istəmirdi, əsas məqsəd Avropa İttifaqı idi. Moldova sadəcə olaraq Avropa İttifaqına zərər verən platforma idi", - deyə Maya Sandu vurğulayıb.

Chosen
15
5
publika.az

7Sources