EN

Tramp Bibini üzr istəməyə vadar etdi - Səbəb

ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahunun görüşündə bir neçə detala diqqət etmək lazımdır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev bildirib.

“Birinci, bu görüşdən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Tramp arasında görüş olmuşdu. Hesab edirəm ki, Ərdoğan İsraillə bağlı narazılıqlarını və regionun xaosa sürükləndiyini Trampın diqqətinə çatdırıb.

İkincisi, ABŞ üçün Qətər və digər ərəb ölkələri kifayət qədər əhəmiyyətlidir, hətta Qətərin müdafiəsi ABŞ-ın öhdəliyindədir. Qeyd edim ki, ABŞ-ın ən böyük bazası da elə Qətərdədir. Buna görə də Dohada HƏMAS üzvlərinin vurulması Vaşinqtonun regional siyasətinə təhdiddir.

Tramp həmçinin ərəb ölkələrinin trilyonlarla dollar vəsaitlərinin ABŞ-a yatırılmasını istəyir. Ən son bununla bağlı razılıq da olmuşdu. Ancaq Qətər bu gedişlə razılaşmadan imtina edə bilər. Bütün bu sadalananlar da Tramp üçün təhdid sayıldığına görə Netanyahunu dayandırmağa məcbur idi.

Böyük ehtimal Tramp Netanyahunu üzr istəməyə məcbur edib. Netanyahu üzərində təzyiqin artacağını düşünürəm. Əgər Netanyahu artıq Trampı da narahat edirsə, demək, hakimiyyətdə qala bilməyəcək. Netanyahunun hakimiyyətdən uzaqlaşdırılması isə avtomatik olaraq həbs olunmasına gətirib çıxaracaq. Hətta düşünürəm ki, İsrail müharibə cinayətlərini Netanyahunun üzərinə yıxacaq”, - deyə politoloq qeyd edib.

Chosen
8
1
axar.az

2Sources