EN

Dallas sirri Prezident Kennedinin qətli

ain.az, Reyting.az portalına istinadən məlumat verir.

(Liderlər və sui-qəsdlər: III Yazı)1960-cı ildə ABŞ tarixinin ən gənc seçilmiş prezidenti Con Kennedi Ağ evə gəldi. O, yeni dövrün simvolu idi: gənc, dinamik, ümidverici. Onun dövründə ABŞ həm soyuq müharibənin gərginlikləri, həm də vətəndaş hüquqları hərəkatı ilə üz-üzə idi. Kennedi ölkəni dəyişmək istəyirdi: irqçiliklə mübarizə aparır, kosmik proqramı dəstəkləyir, Kuba raket böhranında dünyanı nüvə müharibəsindən xilas edirdi.Amma onun siyasi kursu həm daxildə, həm də xaricdə çoxlarını narahat edirdi.Qətliam günü22 noyabr 1963-cü il, Dallas şəhəri. Prezident Kennedi həyat yoldaşı Jaklinlə birlikdə açıq avtomobildə kortejlə gedirdi. Onları minlərlə insan salamlayırdı.Saat 12:30-da kortej Texas Məktəb Kitabxanası binasının yanından keçərkən güllə səsləri eşidildi. Prezident ağır yaralandı, qısa müddət sonra xəstəxanada vəfat etdi. Jaklin Kennedi ərinin qanlı paltarını çıxarmadan yanındaydı.Rəsmi versiyaFBI və “Uorren Komissiyası”nın araşdırmasına görə, prezident Kennedini Lee Harvey Osvald adlı keçmiş dənizçi və marksist təkbaşına qətlə yetirmişdi. O, binanın 6-cı mərtəbəsindən atəş açmışdı.Lakin Osvald 2 gün sonra Dallas polisi tərəfindən saxlanılsa da, canlı efirdə mafiya ilə əlaqələri olan Cek Rubi tərəfindən güllələnərək öldürüldü. Bu, şübhələri daha da artırdı.Əfsanələr və nəzəriyyələrKennedinin qətli ilə bağlı suallar bu gün də cavabsız qalır.“İkinci atıcı” nəzəriyyəsi: bəzi şahidlər atəşin başqa istiqamətdən gəldiyini deyirdilər.CIA izi: Bəziləri Kennedinin gizli xidmətlərin siyasətinə mane olduğunu iddia edirdi.Mafiya izi: Kennedi ailəsinin mafiyaya qarşı mübarizəsi qisas doğurmuş ola bilərdi.SSRİ və Kuba izi: Soyuq müharibə kontekstində bu da müzakirə olunurdu.Nəticədə, prezidentin qətli barədə onlarla nəzəriyyə yarandı və “Dallas sirri” hələ də həll olunmamış qalır.Hadisənin nəticələriABŞ şoka düşdü. Ölkədə kədər və qeyri-müəyyənlik hökm sürdü.Kennedinin yerinə vitse-prezident Lindon Conson and içərək prezident oldu.Jaklin Kennedinin qanlı paltarı bütün dünyada qətliamın simvoluna çevrildi.Kennedi ölümündən sonra ABŞ-da “itirilmiş ümidlərin prezidenti” kimi xatırlanmağa başladı.Tarixi dərslər1. Böyük güclərin liderləri ən çox hədəfdə olur. Kennedinin siyasəti həm müttəfiqlər, həm də düşmənlər üçün narahatlıq doğurmuşdu.2. Şəffaflıq ictimai etimad üçün həyati əhəmiyyətlidir. Rəsmi istintaqın boşluqları sui-qəsd nəzəriyyələrini gücləndirdi.3. Bir liderin ölümü dövlətin gələcəyini dəyişir. Kennedinin davam etdirəcəyi siyasətlərin çoxu yarımçıq qaldı. Rauf RƏCƏBOVReying.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
8
1
reyting.az

2Sources