EN

İlahə olmaq arzusunda olan çinli qadın 6,7 milyard dollarlıq bitkoin oğurlayıb

London məhkəməsi 47 yaşlı Çin vətəndaşı Zhiming Qian-ı 6,7 milyard dollarlıq bitkoin oğurlamaqda və daşınmaz əmlak alqı-satqısı yolu ilə Böyük Britaniyada çirkli pulların yuyulmasına cəhddə təqsirli bilib. Bu barədə Skotland-Yardın mətbuat xidməti öz saytında məlumat yayıb.

Polisin məlumatına görə, Qiandan 61000-dən çox bitkoin müsadirə edilib ki, bu da tarixdəki ən böyük kriptovalyuta oğurluğu deməkdir.

Müstəntiqlər hesab edirlər ki, Qian 2014-2017-ci illər arasında iş adamları, pensiyaçılar, bank işçiləri və məhkəmə işçiləri də daxil olmaqla 128 min Çin vətəndaşını aldadıb. Qadın oğurladığı vəsaiti bitkoinə çevirib və sonra saxta sənədlərlə Böyük Britaniyaya köçüb. Böyük Britaniyada cinayətkar dəbdəbəli daşınmaz əmlak almaqla pullarını yumaq niyyətində olub.

“The Sun” qəzetinin yazdığına görə, polis Qianın gündəliyini tapıb və orada o, Dalay Lama tərəfindən məsh edilmiş “yenidən doğulmuş ilahə” olmaq və kraliça kimi idarə edəcəyi “Liberland” adlı krallıq yaratmaq istədiyini yazıb.

Çinli qadın hazırda həbsdədir. O, günahını etiraf edib və hökmü gözləyir.

Əziz Mustafa

Chosen
41
oxumeni.az

1Sources