EN

"Bilinmir hansı heyvanın ətidir" - 3 manatlıq kababın tərkibi nədir?

Şəhərin müxtəlif yerlərində 3 manata satılan kabablar bir çox sakinlər üçün tanış mənzərədir. Maraqlıdır, bu kabablar nədən hazırlanır?

"Bizdə kabablar 3 manata təklif olunur. Çox adamda sual yaranır ki, bu, hansı ətdir. Sadəcə mal ətidir. Əlavə olaraq quyruq əti və soğan qatılır", - sahibkar bildirib.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri əvvəlcə qida təhlükəsizliyi qeydiyyatından keçməli və reyestrdən çıxarışa malik olmalıdırlar:

"Qeydiyyatsız fəaliyyət qanunsuz hesab olunur və yolverilməzdir. İstehlakçılar belə qida məhsullarını almazdan əvvəl satıcıdan qida təhlükəsizliyi qeydiyyatının olub-olmamasını və təqdim olunan ətlərin müvafiq sağlamlıq arayışını tələb etməlidirlər", - agentlik qeyd edib.

Ətraflı Baku TV-nin süjetində:

Chosen
7
1
far.az

3Sources