Plenar iclasda çıxışı zamanı deputat bildirib ki, hava limanından şəhərə daşınma məsələsinin indiyədək həll olunmaması vətəndaşlar üçün ciddi çətinliklər yaradır.
"Ombudsman da məsələyə münasibət bildirib və taksi inhisarçılığının aradan qaldırılması məsələsini gündəmə gətirib", - deyə Fazil Mustafa qeyd edib.
Deputat vurğulayıb ki, alternativ ictimai nəqliyyatın (avtobus, qatar və ya sərnişin taksisi) yoxluğu insanların şəhərə çatmasında çətinlik yaradan əsas amildir.
Millət vəkili əlavə edib ki, bu vəziyyət həm yerli, həm də xarici vətəndaşlar üçün maliyyə yükü yaradır:
"Təsəvvür edin ki, Naxçıvandan gələn vətəndaş 50-60 manat ödəyir və əlavə olaraq 30-40 manat verərək hava limanından şəhərə gəlmək üçün ödəniş etməli olur. Yəni, Naxçıvandan Bakıya gediş 100 manata başa gəlir. Eyni vəziyyət xarici turistlər üçün də keçərlidir. Bu, ölkənin imici üçün çox vacib məsələdir".
Ətraflı Baku TV-nin süjetində:
10Sources
-
demokrat.az"Hava limanından şəhərə çatmaq baha başa gəlir" — VİDEO ( 21916456)
-
far.azDeputat: "Hava limanından şəhərə çatmaq baha başa gəlir" ( 21916351)
-
baku.wsDeputat: Hava limanından şəhərə çatmaq baha başa gəlir ( 21916183)
-
oxu.azDeputat: "Hava limanından şəhərə çatmaq baha başa gəlir" ( 21914398)
-
oxu.azİranlı deputat: "İsrail şəhərlərimizdəki bütün müşahidə kameralarına nəzarət edir" ( 21913816)
-
oxu.azYol polisi küləkli hava ilə bağlı müraciət edib ( 21904846)
-
oxu.azKomada olan Əməkdar mədəniyyət işçisinin oğlu: "Həkimlər 72 saat vaxt veriblər" ( 21900076)
-
oxu.az"AzInTelecom" "INMerge" İnnovasiya Sammitində iştirak edir ( 21883318)
-
oxu.azKənd təsərrüfatı təyinatlı torpaqlarda tikintiyə hansı hallarda icazə veriləcək? - AÇIQLAMA ( 21880666)
-
oxu.azİran küncə sıxışıb, yeni müharibə qapıda ( 21874948)