EN

Filippində zəlzələdə ölənlərin sayı 26 nəfərə çatıb

Yazını böyüt
Yazını kiçilt

Filippində baş verən 6,9 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

Hafta.az xəbər verir ki, bu barədə “GMA News” məlumat yayıb.

Səlahiyyətlilərin bildirdiyinə görə, San-Remicio bələdiyyəsində idman və istirahət mərkəzinin binası uçub, insanlar dağıntılar altında qalıb.

Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.

Filippin Vulkanologiya və Seysmologiya İnstitutu bildirib ki, tektonik mənşəli zəlzələ Sebu əyalətindəki Boqo şəhərindən təxminən 20 kilometr şimal-şərqdə, 5 kilometr dərinlikdə baş verib.

Chosen
10
6
hafta.az

10Sources