EN

FHN: Parlament prospektində avtomobildə baş vermiş yanğın söndürülüb YENİLƏNİB

ain.az bildirir, Operativ MM portalına istinadən.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Parlament prospektində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən “KİA” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.

***

Bakıda “KİA” markalı minik avtomobili yanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə Parlament prospektində baş verib.

Yanğın nəticəsində maşın tam yararsız vəziyyətə düşüb.

Avtomobil yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
7
operativmm.az

10Sources