EN

Bu avtobusda qiymət qalxmadı - Hələ də 50 qəpikdi

Xəbər verdiyimiz kimi, bu gündən metro və marşrutlarda gediş haqqı 60 qəpik olub. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər müəyyən edib. Metro və marşrutlarda gediş haqqı 60 qəpik olub.

Milli.Az-a müraciət edən sərnişinlər bildiriblər ki, 77 nömrəli avtobusda qiymət dəyişməyib. Bu gün də gediş haqqı 50 qəpik olub. 

Sakinlərin bunun texniki səhv nəticəsində baş verdiyini düşünürlər.

Qeyd edək ki, 77 nömrəli avtobuslarda da ödəniş nağdsız qaydada aparılır və yeni tarifə görə 60 qəpik olmalıdır.

Mehman Əsədov
Milli.Az

Chosen
12
4
milli.az

10Sources