EN

Bu avtobuslarda qiymət qalxmadı - Hələ də 50 qəpikdi

Xəbər verdiyimiz kimi, bu gündən metro və marşrutlarda gediş haqqı 60 qəpik olub. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər müəyyən edib. Metro və marşrutlarda gediş haqqı 60 qəpik olub.

Day.Az xəbər verir ki, Milli.Az-a müraciət edən sərnişinlər bildiriblər ki, 77 və 39 nömrəli avtobusda qiymət dəyişməyib. Bu gün də gediş haqqı 50 qəpik olub. 

Sakinlərin bunun texniki səhv nəticəsində baş verdiyini düşünürlər.

Daşıyıcı şirkətdən isə bildirildi ki, 77 və 39 nömrəli şəhər içi hərəkət edən avotbuslarda qiymət artırılmayıb, 50 qəpik olaraq qalacaq. 

"Həmin avtobuslar müasir standartlara cavab verən və dizellə çalışan avtobuslar olduğuna görə qiymət dəyişikliyi edilməyib".

Chosen
6
4
day.az

10Sources