EN

"ChatGPT"nin yaradıcıları yeni video generatoru və "TikTok"un analoqunu buraxdılar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"OpenAI" video yaratmaq üçün "TikTok" kimi tövsiyələr lenti olan "Sora 2" modelini və iOS əməliyyat sistemi üçün "Sora" tətbiqini təqdim edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə şirkətin bloqunda məlumat verilib.
Yeni model gimnastika hərəkətləri və salto kimi mürəkkəb səhnələri təhrif etmədən yaratmağa qadirdir.
Həmçinin o, ümumi üslub (o cümlədən anime və film səhnələri üçün) qorunaraq, çoxsaylı kadrları təsvir edən sorğuların düzgün işlənməsini həyata keçirir. Bundan əlavə, yeni "Sora 2" indi bir çox audiotrekləri dəstəkləyir: personajların nitqi, realistik fon və səs effektləri.
Xidmət hazırda dəvət əsasında yalnız ABŞ və Kanadada mövcuddur. Dəvət aldıqdan sonra "Sora 2", həmçinin saytda da açılacaq. "Sora 2" işə salındıqda istifadə pulsuzdur, lakin istifadə limitləri dəqiqləşdirilməyib.
"Android" istifadəçiləri dəvət aldıqdan sonra "Sora 2"nin veb-versiyası onlar üçün əlçatan olacaq.
Chosen
14
2
oxu.az

3Sources